Haqqımızda
Divas 2009-cu ildən Sumqayıt şəhərində fəaliyyət göstərən qadın geyim və aksesuar mağazasıdır.
Fəaliyyətə başladığımız ilk gündən məqsədimiz müştərilərimizə geyim, ayaqqabı, çanta və aksesuar seçimlərini bir arada təqdim etmək olub. İllər ərzində fərqli məkanlarda fəaliyyət göstərsək də, dəyişməyən prinsiplərimiz və yanaşmamız sayəsində minlərlə qadının etibarını qazanmışıq.
Mağazamızda təqdim olunan məhsullar Türkiyə və xarici istehsalçıların kolleksiyalarından seçilərək formalaşdırılır. Hər mövsüm yenilənən seçimlərimiz müasir dəb tendensiyalarını və gündəlik istifadə rahatlığını bir araya gətirir.
İllər ərzində bizi fərqləndirən yalnız məhsullarımız olmayıb. Müştərilərimizə göstərdiyimiz diqqət, səmimi münasibət və xidmət anlayışımız fəaliyyətimizin əsas hissəsinə çevrilib.
Bu günə qədər 100 mindən çox müştərinin yolunun Divas-dan keçməsi bizim üçün böyük dəyərdir. Bəlkə də bizim üçün ən qürurverici məqamlardan biri fəaliyyətimizin ilk illərindən bizi tanıyan müştərilərimizin bu gün də bizimlə olmasıdır.
Bu gün də Divas eyni həvəslə fəaliyyətini davam etdirir və müştərilərinə seçilmiş kolleksiyalar təqdim etməyə davam edir.
DIVAS
2009-cu ildən sizinlə.